AZ

Azərbaycan klubundan transfer etmək üçün15 milyon ödədilər

Salifu Sumanın “Zirə”dən “Malmö”yə keçidinin detalları müəyyənləşib.

Sportinfo.az İsveç mətbuatına istinadən xəbər verir ki, transfer “Malmö”yə 15 milyon krona başa gəlib.

Bu isə 1 milyon 345 min avro deməkdir. Qvineya millisinin hücumçusu özü yeni komandası ilə 4,5 illik müqavilə imzalayıb.

21 yaşlı ön xətt oyunçusu özü keçidinə münasibət bildirib: “Malmö” kimi klubda oynamaq karyeramda böyük addımdır.

Qvineyadan bura qədər yüksəlmək böyük uğurdur. “Malmö”də nələr gözlənildiyini bilirəm, klubun uğurlu tarixini tanıyıram.

Mənim üçün ilk növbədə klubla tanış olmaq və komandaya qoşulmaq vacibdir.

“Malmö”dən təklif alanda oyunlarını izlədim, azarkeşlərin yaratdığı atmosferi gördüm. Bu tamaşaçılar qarşısında oynamağı səbirsizliklə gözləyirəm”.

İsveç klubunun idman direktoru Ola Toyvonen də gənc oyunçunu çoxdandır izlədiklərini vurğulayıb:

“Salifunu bir müddətdir izləyirdik. Onun bizi seçməsi çox sevindiricidir. Sürəti və fərdi oyundakı bacarığı kimi bir neçə xüsusi keyfiyyəti var.

İnkişaf potensialını da görürük. Komandaya dərhal kömək edə biləcək oyunçudur”.

Salifu Suma “Zirə”yə 2023-cü ilin yayında Fransanın “Havr” klubundan keçmişdi.

O vaxt bağlanan müqavilədəki bəndə görə “Zirə” bu satışdan əldə etdiyi qazancın təxminən 20 faizini məhz “Havr”a ödəyəcək.

Seçilən
16
sportinfo.az

1Mənbələr