AZ

Tramp Braziliyaya qarşı 50%-lik rüsum tətbiq olunması barədə FƏRMAN İMZALADI

ABŞ prezidenti Donald Tramp Braziliyadan idxal olunan mallara 50 faiz həcmində gömrük rüsumu tətbiq edilməsi barədə fərman imzalayıb.

KONKRET.az xəbər verir ki, bu addım Braziliyanın ABŞ üçün “təhlükə yaradan” hərəkətləri ilə izah olunub.

Bundan əlavə, Ağ Ev bildirib ki, Tramp milli təhlükəsizlik amillərini əsas gətirərək, avqust ayından başlayaraq misdən hazırlanan yarımfabrikatlara və törəmə məhsullara da 50%-lik idxal rüsumu tətbiq edəcək.

Qeyd olunur ki, bu qərarlar ABŞ iqtisadiyyatını və sənayesini qorumaq məqsədi daşıyır və “Amerika istehsalçılarının maraqlarının müdafiəsi” çərçivəsində atılır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr