AZ

Bruno Franko: "Yaxşı olardı ki, bizim fanatlar da stadionda yer alsın"

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Aris”lə sabah baş tutacaq matç öncəsi mətbuat konfansı keçirilib.

Sportinfo.az xəbər verir ki, Naxçıvan təmsilçisinin futbolçusu Bruno Franko bunları qeyd edib:

“Birinci oyunun nəticəsini yaddan çıxarmışıq. Bizim üçün oyunun vacib hissəsi sabah olacaq. Meydana çıxarkən hesabın 0:0 olduğunu düşünəcəyik. Yəni ilk oyuna necə çıxmışdıqsa, bu dəfə də o şəkildə meydana ayaq basacağıq.

Birinci oyunda yaxşı şanslarımız oldu. Artıq bunlar keçmişdə qaldı. Birinci oyunda nə etmisənsə, qaldı arxada. İndi sabahkı görüşə diqqət ayırmalıyıq.

Bilirik ki, sabah stadionda anşlaq olacaq. Bu cür oyunlarda iştirak etmişəm. Yaxşı olardı ki, bizim fanatlar da stadionda yer alsın. Ancaq bunlar oyuna köklənməyimizə təsir etməyəcək”.

Seçilən
45
sportinfo.az

1Mənbələr