AZ

Gəncədə günlərdir komada olan şəxs ÖLDÜ

Bir neçə gün əvvəl Gəncədə “DNK Hospital”da müalicə üçün yerləşdirilən 1989-cu il təvəllüdlü Ayaz Məmmədov vəfat edib.

Editor.az  xəbər verir ki, bu barədə Teleqraf-a mərhumun qaynı Elçin Böyükkişiyev məlumat verib.

Onun sözlərinə görə, Ayaz Məmmədov bir neçə saat öncə klinikada dünyasını dəyişib.

“Klinikandan bizə zəng vuruldu ki, meyiti gəlin aparın. A.Məmmədovun meyitini bizə növbətçi həkim verib. O, Gəncə şəhərində dəfn olunacaq”, – deyə E.Böyükkişiyev bildirib.

Xatırladaq ki, Ayaz Məmmədovun yaxınları bir neçə gün öncə “DNK Hospital” klinikasının qarşısında həkimlərə etiraz etmişdilər. Onlar bildirmişdilər ki, yaxınları vəfat edib, lakin həkimlər Ayaz Məmmədovu məqsədli şəkildə reanimasiya şöbəsində saxlayıblar. Xəstəxana rəsmiləri isə bu iddiaları əsassız hesab edərək təkzib etmişdilər. Ayaz Məmmədov iyulun 24-də Gəncə şəhərində “Mercedes-Benz” markalı avtomobil tərəfindən vurulub. Mərhum ailəli idi və iki övladı var.

Seçilən
43
13
editor.az

10Mənbələr