AZ

“Nar” müştərinin balansından vəsait çəkdi – ŞİKAYƏT

“Nar Mobile” oğurluqda ittiham olunur.

İNFOAZ.WS xəbər verir ki, bu barədə redaksiyamıza şikayət daxil olub:

Dünən nömrənin balansını artırdım. 14.04 azn təşkil etdi. *777#045# yazaraq L+ 12 azn ə 6 gb olan paketi əldə etmək istədim. Dərhal yazdı ki balansında kifayət qədər vəsait yoxdur. Balansıma baxdım, 11.85 azn qalıb. Nara zəng etdim və həmişəki kimi nağıl danışmağa başladılar. Eyni proses Aprel ayında da baş vermişdi. O zaman da qrupa yazmışdım, dərhal nar mobildən mesaj gəldi, Nazim adlı bir əməkdaş üzürxahlıq etdi və balansa 7.25 azn qaytardılar. Heç bir tarifə də qoşulmamışam. Özləri hansısa tarifə qoşaraq balansdan vəsait çıxırlar. İndi də keçən dəfə meaaj gələn nar ünvanına yazmışam deyirlər ki biz baxa bilmərik. Necə olur eyni nömrə üçün aprel ayında baxa bilirdiz may ayında baxa bilmirsiz?

Balans haqqında məlumatlarda gəlmir. Bu isə o demekdir ki, balansdan nə zaman nə qədər vəsait çıxırlar abonentlər bunu görmür. Bizdən xəbərsiz səssiz xırda xırda məbləğlər çıxırlar.

Seçilən
20
infoaz.ws

1Mənbələr