ABŞ prezidenti Donald Tramp Rusiya ilə ticarətə idxal tarifləri ilə yanaşı, həftənin sonuna qədər Hindistana qarşı əlavə tədbirlər açıqlayacağını bildirib.
Editor.az bu barədə Fox News-a istinadla xəbər verir.
Jurnalistlər Vaşinqtonun Yeni Dehliyə qarşı hansı əlavə məhdudlaşdırıcı tədbirlər görə biləcəyini soruşduqda, Tramp iki ölkə arasındakı münasibətlərdə ticarət kəsirinə toxunub.
ABŞ lideri həmçinin qeyd edib ki, Hindistan dünyada ən yüksək idxal tariflərinə malikdir.
“Onlar onları əhəmiyyətli dərəcədə azaltmağa hazırdırlar, lakin nə olacağını görəcəyik. Biz Hindistanla danışırıq, bunun hara getdiyini görəcəyik” ,- ABŞ prezidenti deyib.
Tramp əlavə edib ki, saziş imzalamaq və ya xüsusi tariflər tətbiq etmək əhəmiyyətli rol oynamayacaq və bu mövzuda bütün məlumat həftənin sonuna qədər açıqlanacaq.
//Gülnarə Abasova, Editor.az