AZ

"Barselona"nın sabiq futbolçusu "Fənərbaxça"da - İstanbula gəlir

"Fənərbaxça" daha bir transfer gerçəkləşdirir.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, İstanbul nəhəngi "Vulverhempton"dan azad agent kimi ayrılan Nelson Semedonu heyətinə qatmağa çox yaxındır. 31 yaşlı sağ cinah müdafiəçisi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün bu gecə İstanbulda olacaq.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Semedo karyerası ərzində "Benfika" və "Barselona" kimi klublarda da çıxış edib. 

saytlarin hazirlanmasi

Seçilən
42
sportal.az

1Mənbələr