AZ

Naxçıvanda aqrar məhsul istehsalı artdı


Bu ilin yanvar-iyun aylarında Naxçıvanda ümumilikdə 5 791 hektar sahədə yaz əkinləri aparılıb.

Muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrünün göstəricisini 2,1 faiz üstələyir.

Qeyd edək ki, cari ilin ilk yarısında muxtar respublikada 144,96 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bunun da 46 milyon manatı bitkiçiliyin, 98,9 milyon manatı isə heyvandarlığın payına düşüb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi olaraq aqrar məhsul istehsalında 0,6 faiz artım qeydə alınıb.


Seçilən
70
2
news24.az

3Mənbələr