AZ

​"Fənərbaxça" ulduz futbolçunu transfer etdi

"Fənərbaxça" "Vulverhempton" klubunun futbolçusu Nelson Semedonu transfer edib. Metbuat.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano açıqlama verib. O bildirib ki, portuqaliyalı futbolçu "Fənərbaxça" ilə müqavilə imzalamaq üçün İstanbula gəlib. "Fənərbaxça" transfer barədə hələlik açıqlama verməyib.

Qeyd edək ki, "Fənərbaxça" indiyədək qapıçı Tarık Çətin, Con Duran və Arçi Braunla müqavilə imzalayıb. Məlumata görə, "Fənərbaxça"nın prezidenti Ali Koç bu mövsüm transfer işlərini şəxsən idarə edir.

Seçilən
41
1
metbuat.az

2Mənbələr