ABŞ-ın Federal Ehtiyat Sistemi (ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən FRS) baza dərəcəsini 4,25 - 4,5% səviyyəsində saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.
"Məqsədlərinə dəstək olaraq, FOMC (Federal Açıq Bazar Komitəsi) federal fondların faiz dərəcəsinin hədəf diapazonunu 4,25 - 4,5% səviyyəsində saxlamağa qərar verdi", - məlumatda deyilir.
Həmçinin əlavə edilib ki, komitə hədəf dərəcə diapazonuna əlavə düzəlişlərin ölçüsü və vaxtını nəzərdən keçirərkən məlumatları, perspektivləri və risk balansını diqqətlə qiymətləndirəcək.