AZ

Telegram-da yeni qlobal axtarış funksiyası istifadəyə verilib

Telegram messencerinin beta versiyasında kanallardakı bütün paylaşımlar üzrə qlobal axtarış funksiyası istifadəyə verilib. Bu barədə «Durovun Kodu» Telegram kanalı məlumat yayıb.

Yeni funksiyadan yalnız Premium abunəçilər tam şəkildə istifadə edə bilərlər. Pulsuz istifadəçilərə isə yalnız iki axtarış sorğusu göndərmək imkanı verilir. Növbəti sorğular üçün 10 ulduz ödənilməlidir. Hazırda ödənişdən sonra istifadəçilərə gündəlik limitsiz axtarış hüququnun verilib-verilməyəcəyi və ya yalnız bir sorğu üçün icazə veriləcəyi məlum deyil.

Bundan əlavə, 27 iyul tarixində Telegram-da üz tanıma texnologiyası vasitəsilə istifadəçilərin yaşını təsdiqləmək üçün rəsmi bot istifadəyə verilib. Bu funksiya yalnız Böyük Britaniyada əlçatandır və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq tətbiq olunub. Rusiyadan olan istifadəçilər bu funksiyadan istifadə edə bilməyəcəklər.

Eyni zamanda, 24 iyulda Telegram tərtibatçıları istifadəçi hesabları üçün reytinq sisteminin sınaqlarına başlayıblar. Bu yenilik haqda ilk dəfə proqram təminatında profil reytinqinə dair qeydlər aşkar edildikdən sonra məlum olub.

//Samir Qurbanov, Editor.az 

Seçilən
23
editor.az

1Mənbələr