AZ

Neft çıxır deyə "varlı" sanırlar... "Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz"

Dövlətin borclanması, xarici borcların artması və adambaşına düşən borc açıqlanan zaman ağıllarda belə bir sual yaranır: Ölkənin resursları yetərli qədər deyil ki, borc yaranır? Və yaxud dərhal sual verilir ki, “gəlir hara gedir”.

Mütəxəssislərin fikrincə, dövlət büdcəsi kəsirlə tərtib edilirsə, bu da ondan xəbər verir ki, görüləcək işlər çoxdur, sadəcə vəsait çatışmır. Yəni sadə dillə desək, planlaşdırılan fəaliyyətləri həyata keçirə bilmək üçün pul yoxdur. Azərbaycanın da xarici borcları çoxdur. Bunun da öz səbəbləri var…

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ölkənin resursları yetərincə deyil, əgər yetərli olsa, Azərbaycanın dövlət büdcəsi kəsirlə tərtib edilməz.

Akif 

Akif Nəsirli

“Azərbaycanda neft çıxır deyə, hamı elə bilir ki, elə dünya neftinin yarısı Azərbaycandan çıxır. Amma elə deyil. Azərbaycan neft hasilatına görə dünyada 25-ci yerdədir. Qaz hasilatına görə, dünyada 23-cü yerdədir. Yəni bu, diqqətə alınmalıdır. Düzdür, dünyada ilk neft Azərbaycanda çıxıb, amma məsələn; Rusiya, İran, Səudiyyə Ərəbistanı və Amerika və s. bunların yanında Azərbaycanın neft, qaz ehtiyatları o qədər də yüksək göstəriciyə malik deyil”-deyə iqtisadçı ekspert qeyd edib.

 

İradə Cəlil

Seçilən
14
hurriyyet.az

1Mənbələr