AZ

18 üzv dövlət Aİ-nin yeni maliyyələşdirmə aləti olan SAFE-yə müraciət edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Komissiyası 18 üzv dövlətin İttifaqın müdafiəsini gücləndirmək üçün yaradılmış və 150 milyard avro maliyyələşdirməni əhatə edən yeni maliyyə aləti üçün müraciət etdiyini açıqlayıb.

Banco.azxəbər verir ki, Avropa Komissiyasının yaydığı açıqlamada bildirilib ki, yeni maliyyə aləti olan SAFE-yə (Avropa Təhlükəsizlik Maliyyələşdirmə Aləti) Belçika, Bolqarıstan, Çexiya, Estoniya, Yunanıstan, İspaniya, Fransa, Xorvatiya, İtaliya, Cənubi Kipr Rum İdarəsi, Latviya, Litva, Macarıstan, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya və Finlandiya müraciət edib.

Açıqlamada qeyd olunub ki, 18 üzv ölkə ümumilikdə 127 milyard avro məbləğində maliyyə vəsaiti üçün müraciət edib və son müraciət tarixi 30 noyabr olaraq göstərilib.

Açıqlamada fikirlərinə yer verilən Avropa Komissiyasının müdafiə və kosmos məsələlərinə cavabdeh üzvü Andrius Kubilius SAFE-yə göstərilən "böyük marağın" İttifaqın təhlükəsizlik və müdafiə sahəsindəki qətiyyətini nümayiş etdirdiyini bildirib.

Avropa Komissiyasının mart ayında təqdim etdiyi “ReARM Europe” proqramı 800 milyard avro dəyərində müdafiə xərclərini artırmağı, bölgədə yenidən silahlanmanı təmin etməyi hədəfləyir və üzv ölkələrə edəcəkləri müdafiə xərcləri üçün maliyyə qaydalarında elastiklik və maliyyə vəsaiti təmin olunmasını nəzərdə tutur.

SAFE isə Aİ-nin müdafiəsini gücləndirmək məqsədilə 150 milyard avro həcmində maliyyələşdirmə təklif edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
4
banco.az

1Mənbələr