AZ

15 ölkə Fələstinlə bağlı birgə bəyanat yaydı

Avstraliya, Kanada, Fransa və İspaniya da daxil olmaqla 15 ölkə Fələstinlə bağlı birgə bəyanat yayıb.

Metbuat.az xəbər verir ki, “Nyu York çağırışı” adlı birgə bəyanatda dövlətlər İsrail-Fələstin münaqişəsində iki dövlətli həll yoluna sarsılmaz sadiqliklərini vurğulayıblar. Dövlətlər Fələstini hələ də tanımayan və ya buna razılıq verən dövlətləri bu istiqamətdə addımlar atmağa çağırıb. Ölkələr Fələstin dövlətinin tanınmasını iki dövlətli həllin həyata keçirilməsində fundamental addım hesab ediblər. Bəyanatda Fələstin prezidenti Mahmud Abbasın iki dövlətli həllə dair öhdəlikləri alqışlanıb.

Seçilən
23
metbuat.az

1Mənbələr