“Yəqin ki, Ukraynada döyüşlər yaxın vaxtlarda dayandırılacaq, lakin bu, Rusiya təhlükəsinin aradan qalxması demək deyil”.
“7Times.az” xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
Polşanın müdafiə müəssisələrindən birinə baş çəkən Tusk Rusiya təhlükəsi fonunda Polşa ordusunun daha da modernləşdirilməsinin və gücləndirilməsinin zəruriliyini qeyd edib: “Yüksək ehtimal və bunu göstərən əlamətlər var ki, Rusiya-Ukrayna müharibəsi ən azı yaxın vaxtlarda dayandırılacaq. Amma bu, bizim vəziyyətimizi heç bir şəkildə dəyişmir”.
Qeyd edək ki, dünən Donald Tramp Putinə müharibəni dayandırmaq üçün 10 gün vaxt verdiyini açıqlayıb. Əks halda ABŞ Rusiyanın özünə və onun əsas ticarət tərəfdaşlarına qarşı yeni güclü sanksiyalar tətbiq edəcək. Eyni zamanda Tramp Rusiyanın dərhal güzəştə gedəcəyinə və yaxın günlərdə müharibəni dayandıracağına şübhə etdiyini də bildirib. Onun fikrincə, bu, kifayət qədər uzun proses ola bilər.
“AzPolitika.info”