BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq bəyan edib ki, BMT Kamçatkada zəlzələnin nəticələrinin aradan qaldırılması üçün lazım gələrsə, Rusiya Federasiyasına yardım göstərməyə hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Köməyə ehtiyac olarsa, nəticələrin aradan qaldırılması üçün istənilən müdaxilə səylərini dəstəkləməyə hazırıq”,- deyə o bildirib.