İsrail HƏMAS-ı Qəzza zolağının bir hissəsinin ilhaqı ilə hədələyib.
İnterpress.az xəbər verir ki, bu barədə Yəhudi Dövlətinin maliyyə naziri Elkin bildirib.
O deyib ki, girovların azad edilməsi ilə bağlı razılıq əldə olunmasa, İsrail HƏMAS-ı Qəzza zolağının bir hissəsinin ilhaqı ilə hədələyə bilər.
“Düşmənimiz üçün ən ağrılı şey torpaq itkisidir. HƏMAS bizimlə oyun oynamağa başlayan kimi heç vaxt geri ala bilməyəcəkləri torpaqları itirəcəkləri barədə açıq mesaj, əhəmiyyətli təzyiq vasitəsi olacaq”, – Elkin qeyd edib.
Daha əvvəl maliyyə naziri Smotriç Qəzza zolağında yəhudi məskənlərinin bərpasının “həmişəkindən daha yaxın” olduğunu bildirərək, Qəzza zolağının “İsrail torpağının ayrılmaz hissəsi” olduğunu deyib.
Eyni zamanda, ABC News mənbələri xəbər verir ki, Baş nazir Netanyahu HƏMAS-ın atəşkəslə razılaşmadığı təqdirdə Qəzza zolağındakı əraziləri ilhaq etmək planını nəzərdən keçirir.
Xuraman Etibarlı
İnterpress.az