Prokurorluq orqanlarında yeni təyinatlar olub.
Trend-in məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün "facebook" profilində yazıb ki, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun imzaladığı əmrlərlə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyevin Şəki, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Ramil Əliyevin isə Siyəzən rayon prokuroru vəzifələrinə təyin edilmələri ölkədə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluq orqanlarında aparılan kadr islahatlarının uğurudur.
E.Sultanov əlavə edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən etibarən gənc hüquqşünasların prokurorluq orqanlarına işə qəbulu test üsulu ilə həyata keçirilir:
Hazırkı vaxtadək qulluğa qəbul edilmiş gənclərin prokurorluğun kadr korpusunun 70%-ni təşkil etməsi göstərilənlərin məntiqi nəticəsidir.
www.anews.az