AZ

Zelenski ABŞ-la silah təchizatı üzrə genişmiqyaslı razılaşmalar barədə bəyanat verib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ-la silah tədarükü üzrə əsas prinsipial razılaşmaları razılaşdırdığını açıqlayıb. Bu barədə dövlət başçısı özünün Telegram kanalında yayımlanan müraciətində məlumat verib.

“Biz hazırda tərəfdaşlarla müxtəlif səviyyələrdə yeni danışıqlara və görüşlərə hazırlaşırıq. Məqsəd birdir – Ukraynanın və sülhə can atan bütün tərəflərin mövqelərini gücləndirmək”, – deyə Zelenski vurğulayıb.

O, razılaşmaların detalları barədə əlavə məlumat verməyib.

Xatırladaq ki, bundan əvvəl – iyulun 14-də ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni silah və hərbi texnika, o cümlədən Patriot zenit-raket kompleksləri göndərəcəyini bildirmişdi. Lakin o, Kiyevə göndəriləcək texnikanın dəqiq sayını açıqlamamış və qeyd etmişdi ki, Avropa İttifaqı bu silahların dəyərini Vaşinqtona kompensasiya etməlidir.

//Samir Qurbanov, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr