AZ

“Qarabağ” “Şelburn” səddini 2 qələbə ilə keçdi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə mübarizə aparıb.

Azərbaycan və İrlandiya çempionları arasındakı ilk görüş ötən həftə Dublin şəhərində baş tutmuşdu. “Tolka Park” stadionunda təşkil edilmiş qarşılaşma Ağdam klubunun möhtəşəm qələbəsi ilə yekunlaşmışdı – 3:0.

Komandalar arasındakı cavab görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edib. Yekunda minimal hesabla qalib gəlmiş “Qarabağ” ÇL-də 3-cü təsnifat mərhələsinə vəsiqə əldə edib.

Onu da xatırladaq ki, “Qarabağ” növbəti mərhələdə “Şkendiya” (Şimali Makedoniya) – “Styaua” (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk oyununda “Şkendiya” 1:0 hesablı qələbəyə sevinib. “Şelburn” isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində ÇL-in 2-ci təsnifat mərhələsinin “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) cütünün uduzanı ilə üz-üzə gələcək. Bu komandaların ilk görüşü qolsuz yekunlaşıb.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
30 iyul

Qarabağ – Şelburn 1:0
Qol: Con Martin, 44-öz qapısına.
Hakimlər: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina (hamısı İtaliya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 10. Abdullah Zubir (k), 11. Emmanuel Adday, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Semi Mmae, 6. Kris Kuaku, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Ayxan Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Şelburn: 19. Lorkan Hili, 2. Şon Gennon, 4. Kameron Leduic, 29. Patrik Barrett (k), 3. Tayrek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 23. Kerr Makinroy, 14. Alister Kut, 27. Evan Keffri, 11. Ademipo Odubeko.
Ehtiyat oyunçular: 13. Vessel Speel, 50. Ali Topçu, 5. Ellis Çepmen, 8. Mark Koyl, 9. Şon Boyd, 10. Con Martin, 15. Samuel Boun, 16. Con O’Sallivan, 17. Den Kelli, 18. Ceyms Norris, 24. Luis Templ, 49. Reymond Offor.
Baş məşqçi: Cozef O’Brayen.

Seçilən
10
2
arena.az

3Mənbələr