AZ

Ərəb ölkələri ilk dəfə HƏMAS-ı Qəzzada hakimiyyətdən imtina etməyə çağırdı

Avropa İttifaqı və Ərəb Dövlətləri Liqasına üzv olan 17 ölkə, o cümlədən Qətər, Səudiyyə Ərəbistanı və Misir radikal Fələstin hərəkatı olan HƏMAS-ı Qəzza zolağında hakimiyyətdən imtina etməyə çağırıb. Bu barədə France 24 telekanalı məlumat yayıb.

Məlumata görə, ölkələr BMT çərçivəsində keçirilən və İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həlli məqsədi daşıyan konfransda razılaşdırılmış birgə bəyannaməni dəstəkləyiblər.

Bəyannamədə bildirilir:
“Qəzzada müharibənin dayandırılması kontekstində HƏMAS Qəzza zolağındakı hakimiyyətinə son qoymalı və beynəlxalq iştirak və dəstək çərçivəsində silahlarını Fələstin Administrasiyasına təhvil verməlidir. Bu, suveren və müstəqil Fələstin dövlətinin yaradılması məqsədinə uyğundur.”

Bu çağırış, ərəb ölkələrinin HƏMAS-a qarşı mövqeyində dönüş nöqtəsi hesab olunur.

//Samir Qurbanov, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr