Azərbaycanda da hava anomal isti keçir. Qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, havanın orta temperaturu çoxilik normadan 3-4 dərəcə yuxarı olub:"Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir. Çoxillik norma ilə müqaisədə yağıntının miqdarı da az olub.
www.anews.az