AZ

Orban: "Zelenski Rusiya ilə sülhü rədd etməklə səhv edib"

“Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə sülh sazişini rədd edərək səhvə yol verib”.

Qaziler.az bildirir ki, bu fikirləri Macarıstanın baş naziri Viktor Orban “wPolsce24” telekanalında deyib.

 Siyasətçi xatırladıb ki, həmkarı və Kiyev özü sülh təşəbbüsləri təklif edib.

“Mən prezident Zelenskiyə hörmət edirəm, lakin hesab edirəm ki, o səhv edib”, - Macarıstan lideri vurğulayıb.

Orban Zelenskinin “çətin vəziyyətdə olduğunu” deyib. Macarıstanlı siyasətçi həmçinin sülhə nail olmaq üçün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında birbaşa qarşılıqlı əlaqənin zəruri olduğuna inandığını qeyd edib.

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr