ABŞ Konqresinin senatoru Lindsi Qrem (Rusiya tərəfindən ekstremist və terrorçu kimi tanınıb, Rosfinmonitorinqin siyahısına salınıb) Rusiyaya qarşı sərt bəyanatla çıxış edib.
O, bu barədə sosial şəbəkə X-də paylaşım edib.
Qrem bildirib ki, Rusiya sanksiyalardan yayınmağı öyrənib və onlarla yaşamağa uyğunlaşıb. Lakin onun sözlərinə görə, sabiq ABŞ prezidenti Donald Tramp bu vəziyyəti dəyişmək niyyətindədir.
“Rusiya, sən sanksiyalarla bağlı haqlısan. Onları keçməyi bacardın və artıq onlarla yaşamağı öyrənmisən. Amma görünür, başa düşmürsən ki, prezident Tramp oyunun qaydalarını dəyişir. O, sənin neftini və qazını alan ölkələrə qarşı rüsumlar tətbiq etməyə hazırlaşır”, — deyə senator vurğulayıb.
Qrem əlavə edib ki, ABŞ Senatında iki partiya arasında geniş razılaşma var və Trampın Rusiyaya qarşı yeni tədbirlər görmək təşəbbüsünü dəstəkləməyə hazırdırlar.
Xatırladaq ki, Lindsi Qrem daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə müraciət edərək, Moskvanın Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll etməməsinin nəticələri olacağı ilə hədələmişdi.
//Samir Qurbanov, Editor.az