Yazını böyüt
Yazını kiçilt
Türkiyənin “Fənərbağça” komandası Fransa təmsilçisi PSJ-dən Milan Şkrinyarı transfer edib.
Hafta.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
O, tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.
30 yaşlı slovakiyalı oyunçu üçün qarşı tərəfə 10 milyon avro ödəniləcək.
Müdafiəçi ötən mövsümün ikinci yarısında “sarı-lacivərdlilər”də icarədə olub.