AZ

"Kristal Pelas" Bisseki transfer etmək istəyir

İngiltərə Federasiya Kubokunun son qalibi olan “Kristal Pelas” müdafiə xəttini gücləndirmək niyyətindədir.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, London klubu İtaliyanın “İnter” komandasının mərkəz müdafiəçisi Yan-Aurel Bisseklə maraqlanır.

“İnter” 24 yaşlı futbolçu üçün 35 milyon avro məbləğində təklifləri dəyərləndirməyə hazırdır. Klub daha əvvəl “Vest Hem”dən gələn 20 milyon avroluq təklifi rədd edib və artıq “Kristal Pelas”la ilkin danışıqlar aparıb.

London təmsilçisinin təklifi 32 milyon avro həcmindədir və bu məbləğ bonusları da əhatə edir. Buna baxmayaraq, alman futbolçunun özü mediaya açıqlamasında “İnter”də qalmaq istədiyini bildirib.

Almaniya millisində bu il debüt edən Bissək ötən mövsüm klub səviyyəsində 46 oyunda iştirak edib, 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb və 5 sarı vərəqə alıb.

Seçilən
32
90deqiqe.az

1Mənbələr