AZ

Trampın 10 günlük möhlətinə Kremldən REAKSİYA

"Rusiya iqtisadiyyatı Qərbin sanksiyaları şəraitində də fəaliyyətini uğurla davam etdirir. Moskva artıq belə məhdudiyyətlərə qarşı müəyyən immunitet qazanıb".

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə ABŞ-nin 10 gün ərzində Moskvaya qarşı elan etdiyi sanksiyalara hazırlıqla bağlı sualı cavablandırarkən deyib.

"Uzun müddətdir ki, çoxsaylı sanksiyalar altında yaşayırıq, lakin iqtisadiyyatımız fəaliyyətini davam etdirir. Təbii ki, artıq bu məsələdə müəyyən immunitet formalaşıb", - deyə Kremlin nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl Rusiya ilə Ukrayna arasında razılaşmanın əldə olunması üçün 50 gün vaxt tanıdığını, əks halda Moskvaya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik gömrük rüsumları tətbiq edəcəyini bəyan etmişdi. Lakin dünən Tramp bu müddətin 30 iyuldan etibarən 10 günə qədər azaldıldığını açıqlayıb.

Seçilən
3
2
modern.az

3Mənbələr