BAKI, TurkicWorld
İsrailin Qəzza zolağında aclıqla üzləşən əhaliyə yardım səylərinə, o cümlədən hərbi əməliyyatlar zamanı elan edilən humanitar fasilələrə baxmayaraq, vəziyyətin sabitləşməsi üçün kifayət qədər yardımın çatdırılması bir neçə həftə vaxt ala bilər.
TurkicWorld xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) açıqlama yayıb.
"Humanitar fasilə vacibdir, lakin yetərli deyil. Davamlı və sabit bir həllə ehtiyac var. Tələb olunan ərzaq miqdarı o qədər çoxdur ki, vəziyyətin normallaşması üçün həftələrlə vaxt lazım olacaq" – deyə açıqlamada bildirilib.
Komitə həmçinin xəbərdarlıq edib ki, son atəşkəs dövründə bölgəyə çatdırılan əsas ərzaq məhsullarının ehtiyatları da tükənmək üzrədir.
Qeyd edək ki, hazırda Qəzza zolağı su, dərman, tibbi avadanlıq və gigiyena məhsullarının ciddi çatışmazlığı ilə üz-üzədir. Beynəlxalq və yerli mənbələrə görə, aclıqdan ölənlərin sayı artmaqdadır.