AZ

Yəmən İsrailə balistik raketlə hücum etdi

  Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri İsrailin Ben Qurion hava limanına “Fələstin-2” tipli hipersonik ballistik raketlə hücum edildiyini açıqlayıb.

Bu barədə məlumatı “Məshreq News” yayıb.

Səri bəyanatında bildirib ki, hücum Yəmənin Fələstin xalqına dəstəyinin bir göstəricisidir:

“Yəmən xalqı fələstinlilərin yanındadır və onların qarşısındakı borcunu yerinə yetirmək üçün bütün gücünü sərf edəcək”.

Hazırda hücumun İsrail tərəfdən təsdiqlənib-təsdiqlənmədiyi barədə rəsmi açıqlama yoxdur./Globalinfo.az   

Seçilən
14
referans.az

1Mənbələr