AZ

15 Qərb ölkəsindən dünyaya çağırış: Fələstini tanıyın


15 Qərb ölkəsi digər dövlətləri Fələstin Dövlətini tanımaq niyyətlərini bəyan etməyə dəvət edib.

Teleqraf xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro məlumat verib.

Nazir bildirib ki, Fransa, Kanada və Avstraliya da daxil olmaqla, ümumilikdə 15 ölkə Fələstinini tanımaq niyyətlərini bəyan edib.

“Fransa Nyu-Yorkda 14 başqa ölkə ilə birlikdə müraciət edir: Fələstin Dövlətini tanımaqda qətiyyətimizi ifadə edirik və hələ də bunu etməyənləri bizə qoşulmağa çağırırıq”, - Barro BMT-də İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinə dair nazirlər konfransının yekununda irəli sürülən Nyu-York Bəyannaməsinin qəbulundan sonra sosial mediada yazıb.

Qeyd edək ki, Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin həyata keçirilməsinə dair Nyu-York Bəyannaməsində HƏMAS-ın Qəzza zolağında hakimiyyətinə son qoyulması və onun silahlarının Fələstin Muxtariyyətinə təhvil verilməsinin zəruriliyi vurğulanıb.


Seçilən
88
2
news24.az

3Mənbələr