Ukrayna Silahlı Qüvvələrinə məcburi şəkildə çağırış halları ümumi mobilizasiyanın cəmi 5-10 faizini təşkil edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal BBC Ukrayna-ya verdiyi müsahibədə bildirib.
Nazir qeyd edib ki, mobilizasiya prosesinin 90%-i adi qaydada, heç bir məcburiyyət olmadan həyata keçirilir.
“Çox vacibdir ki, anlayış formalaşsın – mobilizasiya əsasən normal şəkildə gedir. İnsanlar çağırış vərəqəsi alır, hərbi qeydiyyat məntəqələrinə gəlir, qeydiyyatdan keçib təlim mərkəzlərinə yola düşürlər. Onları zorla gətirmirlər, sürümürlər. Sadəcə mediada həmişə o azlıq təşkil edən qalmaqallı hallar görünür,” – deyə Şmıqal vurğulayıb.
Onun sözlərinə görə, mobilizasiya olunanların əksəriyyəti bunu şəxsi təşəbbüslə edir.