AZ

40 dərəcə istidə niyə çay içirik?

Digər millətlərdən fərqli olaraq, azərbaycanlılar 40 dərəcə istidə qaynar çay içir. 

Hesab edilir ki, qızmar istidə isti çay susuzluğu yatırır. 

Diyetoloq Leyla Sariyeva Hit.az-a deyib ki, isti maye qəbul edilən zaman bədəndə sürətli şəkildə tərləmə baş verir. Tərləmə zamanı bədən temperaturu azalır və bu da insana rahatlıq hissi verir:

"Bu səbəbdən, yay aylarında çay içdiyimiz zaman susuzluq hissimiz daha tez gedir. Ancaq bunu hər kəsə aid etmək olmaz. Elə adam var ki, çay içdiyi zaman susuzluğu daha tez gedər, eləsi də var ki, mütləq soyuq su içməlidir. Burda doğru olan insanın orqanizminin nə istəməsidir, hər kəs də orqanizminə görə seçim edir. Yay-qış fərq etmir, çay içilməsi ilə bağlı bəzi məsələləri diqqətdə saxlamaqda fayda var. Çayın faydalı tərəfləri ilə yanaşı, zərərli yönləri də var. Bunu minimuma endirmək üçün bəzi məsələlərə diqqət edilməlidir”.

Sevinc
 

Seçilən
24
hit.az

1Mənbələr