Duşan Tadiç ''Fənərbaxça''dan ayrıldıqdan sonra hələ də özünə klub tapa bilmir.
Serbiyalı ulduzla bağlı növbəti iddia ortaya atılıb. Türkiyəli insayder Yağız Sabuncuoğlunun xəbərinə görə ''Benfika'' tanınmış futbolçu ilə danışıqlara başlayıb. Bu yay ''Fənər''dən ayrılaraq ''Benfika''da işə başlayan və Tadiçi gözəl tanıyan portuqaliyalı idman direktoru Mario Branko serbiyalı ilə görüşərək onu Lissabon nəhənginə dəvət edib.
Sərbəst futbolçu statusunda olan 36 yaşlı ulduz ''Benfika''da oynamağın əleyhinə deyil. Amma onun maaş tələbi portuqaliyalıları qane etmir. Bu üzdən tərəflər arasında hələ ki, anlaşma əldə olunmayıb. Bununla belə danışıqlar davam edir.
Qeyd edək ki, Tadiç ''Fənər''də iki mövsüm ərzində 109 rəsmi oyunda aktivinə 29 qol, 35 məhsuldar ötürmə yazıb. Mayın 30-da digər ulduz Edin Ceko ilə birlikdə İstanbul nəhəngindən ayrılan Tadiçin uzun müddət ''Ayaks''a qayıtması gündəmdə olsa da, bu keçid baş tutmadı.
Bir neçə gün öncə isə ''Atletiko''nun ona maraq göstərməsi barədə sürpriz xəbərlər yayılmışdı. Cekonun artıq ''Fiorentina'' ilə birillik müqavilə imzaladığını bildirək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta