AZ

"Onu heç vaxt unutmayacağam"

Kolumbiyalı hücumçu Luis Dias "Liverpul"dan ayrılaraq karyerasını Almaniyanın "Bavariya" klubunda davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu gün Münhen təmsilçisi müqavilə imzalanan təcrübəli futbolçu sosial şəbəkə hesabında “Liverpul”la vidalaşma paylaşımı edərək keçmiş klubuna və azarkeşlərə təşəkkürünü bildirib:

*“Üç il yarım... Mənim üçün unudulmaz illər oldu. Bura bütün arzularımla gəlmişdim və indi əldə etdiyimiz hər şeylə qürur duyarıq şəkildə ayrılıram.

Burada inanılmaz insanlar, möhtəşəm komanda yoldaşları, mənə çox kömək edən məşqçilər və unudulmaz azarkeşlərlə tanış oldum. ‘Liverpul’ həqiqətən də xüsusi bir klubdur və buradakı hər kəsi qəlbimdə saxlayacağam.

Bu dövr burada bitir, amma geriyə baxanda gördüyüm xoşbəxtliklər hər şeyə dəyər. Qazandığımız titullar qədər, birlik və dostluğumuz sayəsində bütün bunları mümkün etdik. Enişli-yoxuşlu günlər oldu, amma hər şey səmimi idi – ailədə olduğu kimi.

İndi klubdan borcumu yerinə yetirmiş biri kimi ayrılıram. Hər şeydən öncə isə çempion kimi. Əgər bir oyunçumuzu belə faciəli şəkildə itirməsəydik, bu mükəmməl vida olardı.

Dəfələrlə dediyim kimi, hamınızı qəlbimdə daşıyıram. Amma birini xüsusilə: Diogu. Onu heç vaxt unutmayacağam. Biz onu heç vaxt unutmayacağıq.

Hər şey üçün təşəkkürlər. YNWA.”*

Luis Dias “Liverpul”a 2022-ci ildə Portuqaliyanın “Portu” klubundan transfer olunmuşdu. O, ötən mövsüm bütün turnirlərdə 50 oyunda iştirak edərək 17 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
2
90deqiqe.az

1Mənbələr