AZ

Moskva və Ankara Yaxın Şərqi müzakirə ediblər » AzadMedia.az


Sergey Verşinin Türkiyə Xarici İşlər Nazirliyinin rəis müavini ilə danışıqlar aparıb. Tərəflər Yaxın Şərqdəki vəziyyəti və böhrandan çıxış yollarını müzakirə ediblər.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti yazır ki, Rusiya diplomatiyasının rəhbəri Sergey Verşinin Nyu-Yorka səfəri zamanı türkiyəli həmkarı Nuh Yılmazla danışıqlar aparıb.

Departamentin məlumatına görə, diplomatlar Yaxın Şərqdəki mövcud vəziyyəti ətraflı müzakirə ediblər. Onlar həmçinin Qəzza zolağında böhrandan çıxış yollarının tapılması üzrə kollektiv səylərə toxunublar.

Bundan əlavə, Rusiya və Türkiyənin xarici əlaqələr idarələri rəhbərlərinin müavinləri Suriyadakı hadisələrdən danışıb, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Seçilən
7
1
azadmedia.az

2Mənbələr