AZ

Ukraynada tibb və ya əczaçılıq təhsilli qadınlar avtomatik hərbi qeydiyyata alınacaqlar

Ukraynada tibb və ya əczaçılıq təhsili olan qadınlar şəxsi iştirakı olmadan avtomatik olaraq hərbi qeydiyyata alınacaqlar. Ölkənin Nazirlər Kabineti bu gün bununla bağlı qərar qəbul edib.

Bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk özünün “Telegram” kanalında məlumat verib.

Qərara əsasən, hərbi qeydiyyat, çağırış və səfərbərlik prosesləri ilə bağlı normativ sənədlərə dəyişikliklər edilib. Qadınların qeydiyyatı üzrə yerli icra orqanları və təhsil müəssisələri üçün yeni prosedurlar müəyyən olunub, məlumatların “Оберіг” adlı vahid dövlət reyestrinə daxil edilməsi mexanizmi təkmilləşdirilib.

Eyni zamanda, 25 yaşına çatmış və hərbi xidmət keçməmiş şəxslərə, hərbi komissarlıqlara çağırılmadan, avtomatik olaraq ehtiyatda olan “əsgər” (matros) rütbəsi veriləcək.

MənbəOXU.AZ
Seçilən
15
banker.az

1Mənbələr