İyulun 29-da gənclər və idman naziri Fərid Qayıbov “Moto X Club”ın fəaliyyəti ilə tanış olub.
Nazir klubda Azərbaycan Motosiklet İdman Federasiyasının prezidenti Fuad Bağırov, birinci vitse-prezident Sabir Babayev, vitse-prezident Emil Quliyev və baş katib Azər Əliyevlə fikir mübadiləsi aparıb.
Görüş çərçivəsində ölkədə motosiklet idmanının inkişafı, gənc idmançıların hazırlanması və federasiya ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Daha sonra klubun nəzdində fəaliyyət göstərən peşəkar moto-məktəb, moto-təmir servisi, moto-salon, təlim-məşq meydanı və xüsusi “Motocross” parkı ilə tanışlıq olub. Fərid Qayıbov həmçinin “MXC Queens” qadın moto klubunun idmançıları ilə söhbət edib, onların bu sahədə fəallığının artırılmasının önəmini vurğulayıb.