İsveçli hücumçu Aleksandr Isak bu yay transfer pəncərəsində “Nyukasl”dan ayrılaraq “Liverpul”a keçmək istəyir.
90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu artıq “Liverpul”la 6 illik müqavilə barədə prinsipial razılıq əldə edib. Hazırda “Nyukasl” və “Liverpul” arasında danışıqlar davam edir.
Futbolçunun "mersisaydlılar"a keçidi baş tutacağı təqdirdə, onun maaşı son vaxtlar "Liverpul"a transfer olunan Hüqo Ekitikənin qazancı ilə eyni səviyyədə olacaq.
Eyni zamanda, “Nyukasl” Isakın əvəzləyicisi üzərində düşünür. Klubın əsas hədəfi slovakiyalı hücumçu Benjamin Şeşkodur. Lakin gənc forvardla “Mançester Yunayted” də maraqlanır.
"Transfermarkt" portalı Isakı hazırda 120 milyon avro dəyərində qiymətləndirir.