Kremin sözçüsü Dmitri Peskov ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiyadan Ukraynada müharibəni 10 gün ərzində bitirməsini tələb edən ultimatumuna münasibət bildirib.
Peskov deyib ki, Rusiya iqtisadiyyatı artıq uzun müddətdir genişmiqyaslı maliyyə sanksiyaları altında fəaliyyət göstərir və bu səbəbdən müəyyən “immunitet” əldə edib.
“Biz uzun müddətdir çoxsaylı sanksiyalar altında yaşayırıq, iqtisadiyyatımız bir çox məhdudiyyətlərlə işləyir. Buna görə də, əlbəttə, bu sahədə müəyyən immunitetimiz formalaşıb”, — deyə Kremlin sözçüsü vurğulayıb.
//Samir Qurbanov, Editor.az