"Mançester Yunayted"in yay transfer dönəmində əsas məqsədlərindən biri yeni qapıçı transfer etməkdir.
90deqiqe.Az-ın "The Telegraph"a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” artıq PSJ-nin qapıçısı Canluici Donnarumma ilə maraqlanıblar və onunla bağlı ilkin sorğu göndəriblər.
Fransa nəhəngi "mankunianlar"ın yaxın vaxtlarda italyan qolkiperə görə danışıqları yeniləyəcəyini gözləyir.
PSJ 26 yaşlı Donnarummanı bu yay satmağa məcbur qala bilər. Buna səbəb klubla futbolçu arasında yeni müqavilə üzrə aparılan danışıqların çətin keçməsidir. Əgər tərəflər ortaq məxrəcə gələ bilməsə, parislilər növbəti yay onu pulsuz itirmək riski ilə üz-üzə qala bilərlər.
Qeyd edək ki, komandanın əsas qolkiperi Andre Onana ötən mövsüm çoxsaylı səhvlərə yol verib, həmçinin kamerunlu futbolçu zədə alıb.