AZ

Hərbi vəziyyət zamanı Ukraynada rusdilli kontentin məhdudlaşdırılması təklif olunur

Ukraynada hərbi vəziyyət müddətində rəsmi olaraq rusdilli kontentin qadağan olunması təklif edilir.

Bu fikri Kiyev şəhərindəki Qrinçenkonun adına universitetin müəllimi Yekaterina Nikonyuk “Xəbərlər.Live” efirində səsləndirib.

Nikonyuk bildirib ki, son vaxtlar rusdilli kontentə geri dönüş meylləri müşahidə olunur. Onun sözlərinə görə, ictimai rəyi formalaşdıran şəxslər auditoriyasına qarşı məsuliyyətli olmalı, dil seçimində diqqətli davranmalıdırlar. Bir çox tanınmış şəxslər isə hələ də öz çıxışlarında rus dilindən istifadə edir, halbuki uzun müddətdir ki, Ukraynada yaşayırlar.

Müəllimə əlavə edib ki, 30 il əvvəl də Ukrayna ulduzları məktəbdə ukrayna dili və ədəbiyyatı dərsləri alırdılar və ukrayna dilində mühitdə böyüyürdülər.

Bu səbəbdən Nikonyuk hesab edir ki, bu həssas mövzunu yenidən ictimai müzakirəyə çıxarmaq lazım deyil. Həm dialoq olmalı, həm də hərbi vəziyyət müddətində rusdilli kontentin qadağan olunması ilə bağlı qanunvericilik səviyyəsində qərar qəbul edilməlidir.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
editor.az

1Mənbələr