AZ

Ukrayna ballistik raketlərin istehsalında son mərhələdədir – müdafiə naziri

Ukrayna çox yaxın zamanda öz ballistik raketlərinə sahib ola bilər. Bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıhal BBC Ukrainaya verdiyi müsahibədə bildirib.

Nazir Ukraynanın ballistik raketlərə nə vaxt sahib olacağı və onların Rusiyadakı hədəflərə qarşı müntəzəm istifadəsi ilə bağlı suala cavab verərək deyib:

“Ukrayna Prezidenti artıq elan edib ki, ölkəmiz öz ballistik raketlərinə sahib olacaq. Biz bu məqsədə çox yaxınıq. Bu barədə ictimaiyyətə açıqlaya biləcəyim əsas məlumat bundan ibarətdir.”

Şmıhal layihənin detalları ilə bağlı əlavə açıqlama verməyib, lakin bu sahədə işlərin son mərhələdə olduğunu vurğulayıb.

Qeyd edək ki, Prezident Volodimir Zelenski dəfələrlə Ukraynanın yüksək dəqiqlikli silah sistemlərinin, o cümlədən ballistik raketlərin inkişafını prioritet hesab etdiyini bildirmişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr