2025/2026-cı illər mövsümünə hazırlığını davam etdirən “Karvan” bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayıb.
Arena.az xəbər verir ki, Yevlax təmsilçisi Premyer Liqanın digər yeni iştirakçısı “İmişli” ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilmiş oyunda qapılara bütövlükdə 3 qol vurulub. Görüş yevlaxlıların 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Qalib komandanın heyətində Uğur Cahangirov və Qavi Tompson fərqləniblər.
Xatırladaq ki, sözügedən komandaların hər ikisi yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaqlar.