Birləşmiş Millətlər Təşkilatı zərurət yarandığı halda, Kamçatkada baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında Rusiyaya yardım göstərməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Haq bildirib.
“Əgər yardım lazım olarsa, nəticələrin aradan qaldırılması üzrə istənilən səylərə dəstək verməyə hazırıq,” – deyə o qeyd edib.
Xatırladaq ki, iyulun 30-u səhər saatlarında Kamçatkada 8,7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət yerli vaxtla saat 11:30-da (Moskva vaxtı ilə 2:30) qeydə alınıb. Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 161 km aralıda, ocağı isə 32 km dərinlikdə yerləşib. Bu, bölgədə 1952-ci ildən bəri baş verən ən güclü zəlzələ hesab olunur. Hadisədən sonra 4 metrə qədər yüksəklikdə sunami dalğaları müşahidə edilib.