"Qalatasaray" daxili transfer siyasəti çərçivəsində mühüm bir addım atıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi milli futbolçu Barış Alper Yılmaz ilə olan mövcud müqaviləsini 2028-ci ilin yayına qədər uzadıb.
Bu barədə məlumatı "Aspor" yayıb.
Futbolçu son mövsümdə göstərdiyi performansla Avropa nəhənglərinin diqqət mərkəzinə düşmüşdü.
Qeyd edək ki, Barışın transfer dəyəri 21 milyon avrodur.
Kamil Xudiyev