AZ

Rusiyada növbəti dəfə güclü zəlzələ oldu

21:15 30.07.2025
21:15 30.07.2025

Rusiyanın Kamçatka diyarında rixter cədvəli üzrə 6,5 gücündə yeni zəlzələ baş verib.

Mynews.az xəbər verir ki, yeraltı təkanların episentri Severo-Kurilsk şəhərindən 178 km məsafədə, yerin 68 km dərinliyində yerləşib. Məlumata görə, Ekvadora məxsus Qalapaqos adalarında sunami təhlükəsi səbəbindən təxliyyə başlayıb. Bildirilir ki, Kamçatkada baş verən 8,7 bal gücündəki güclü zəlzələdən sonra maqnitudası 5 və daha yüksək olan 100-ə yaxın yeraltı təkan qeydə alınıb.

Qeyd edək ki, Kamçatkada baş verən 8,7 bal gücündəki güclü zəlzələdən sonra sahilyanı ölkələrdə sunami baş verib.


Seçilən
5
1
mynews.az

2Mənbələr