Rusiyada 8,8 bal gücündə baş verən zəlzələdən sonra bölgədəki vulkanlardan biri aktivləşib.
Yenisabah.az xəbər verir ki, ölkənin şərqində yerləşən Kamçatka yarımadasında "yatan nəhəng" adlandırılan Şiveluç vulkanı hərəkətə keçib.
Məlumata görə, güclü yeraltı təkanlardan sonra vulkan lava püskürməyə başlayıb. Təbii fəlakət səbəbindən ətraf ərazilərə qalxan tüstü və kül buludları 3,5 kilometr yüksəkliyə çatıb. Dördpendirli pizza
Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətindən verilən açıqlamada, Şiveluçun son illərin ən güclü püskürmələrindən birini yaşadığı bildirilib. Vulkanın ətrafındakı yaşayış məntəqələrində insanlar təxliyə olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.
Xatırladaq ki, Kamçatka bölgəsi aktiv seysmik zonalardan biri hesab olunur və burada yüzlərlə sönmüş və fəal vulkan yerləşir.
Aydan Hacı
Telegram kanalımız