AZ

Matviyenko Ukraynadakı münaqişənin həlli yolunu göstərib

Bütün müasir münaqişələr, o cümlədən Ukrayna münaqişəsi yalnız əsas səbəb aradan qaldırıldığı halda həll edilə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti-nin sözlərindən sitat gətirən Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib.

...Bütün hazırkı münaqişələrin, o cümlədən Ukrayna münaqişəsinin yalnız onların əsas səbəbləri aradan qaldırıldığı təqdirdə həll olunmaq şansı var.

Bunu deyən Matviyenkonun sözlərinə görə, İkinci Dünya Müharibəsinin bitməsindən keçən 80 il ərzində dünyanın taleyi heç vaxt bu qədər həyəcanlı olmayıb.

Millət vəkili onu da vurğulayıb ki, dünyada gedən əksər münaqişələrin əsas səbəbləri ortadadır.

O, əsas səbəb kimi beynəlxalq hüququn prinsipləri ilə dövlətlərin ərazi bütövlüyü arasındakı ziddiyyəti göstərib.

...Bundan əvvəl “Axmat” xüsusi təyinatlı qüvvələrinin tərkibində olan “Piterski batalyonu”nun xüsusi hərbi əməliyyatdöyüşçüləri bəyanat yaymışdılar ki, Ukraynada münaqişənin sülh yolu ilə həlli mümkün olmayacaq, ona görə də Rusiya qalib gələnə qədər xüsusi hərbi əməliyyat keçirməlidir.

Əli Babayev

Seçilən
15
sia.az

1Mənbələr