AZ

Braziliya prezidenti Trampın tarif təhdidlərinə sərt cavab verib

“Ağ Ev rəhbəri Donald Tramp ona tariflər tətbiq etmək qərarına gəlsə, Braziliya çox narahat olmayacaq və yeni alıcılar tapacaq”.

Qaziler.az-ın məlumatına görə, bu açıqlamanı Braziliya prezidenti Lula da Silva “The New York Times” qəzetinə verdiyi müsahibədə verib. O, Braziliyanın böyük dövlətlə qarşı-qarşıya duran kiçik bir ölkə kimi deyil, suveren dövlət kimi danışıqlar aparacağını vurğulayıb.

“Tökülən süd üçün ağlamaram. Əgər Birləşmiş Ştatlar bizdən bir şey almaq istəmirsə, biz bunu edən birini axtaracağıq”, - Lula da Silva deyib.

QAZİLER.AZ

Seçilən
3
qaziler.az

1Mənbələr