AZ

Bu ərazilərdə yaşayan sakinlərə ŞAD XƏBƏRVİDEO

Abşeron dairəvi dəmir yolu üzrə yeni xətlər açılacaq.

Azərbaycan Dəmir Yollarının QSC-nın  ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, təsdiq olunan dövlət proqramına əsasən dəmiryolları ilə bağlı layihələrə xüsusi önəm verilir.

Onun sözlərinə görə xüsusilə, Abşeron dairəvi dəmiryolu üzrə xətlərin təkmilləşdirilməsi və yenidənqurulması istiqamətində layihələr nəzərdə tutulur.

Bu çərçivədə yeni xətlərin açılması planlaşdırılır.

Layihələrin həyata keçirilməsi Bakı və ətraf ərazilər arasında sərnişin axınının böyük hissəsinin dəmir yolu nəqliyyatı ilə daşınmasına şərait yaradacaq. Bu da maneəsiz və rahat sərnişin axınının təşkilinə xidmət edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
14
xezerxeber.az

1Mənbələr